Möhtərəm cənab Prezident
Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin professor-müəllim heyəti ölkəmiz və xalqımız üçün apardığınız çoxşaxəli fəaliyyəti hər zaman diqqətlə izləyir və təqdir edir. Bütün dünyanı bürüyən pandemiya şəraitində hər bir vətəndaşımızın sağlamlığı üçün Sizin Fərman, Sərəncam və göstərişlərinizə əsasən bu bəla ilə qətiyyətlə mübarizə aparılır. Koronavirus pandemiyasının respublikamızın iqtisadiyyatına, vətəndaşların sağlamlığına, sosial şəraitinə mənfi təsirlərinin azaldılması ilə bağlı sosial təminat, sosial yardım və sosial dəstək formalarında tədbirlər uğurla həyata keçirilir. Bilavasitə Sizin göstərişinizlə sosial dəstək tədbirlərinə həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi də daxildir.
Cənab Prezident, xalqımızın taleyüklü məsələlərinin həlli istiqamətində gördüyünüz əzəmətli işləri bəyənir, məmnunluq hissi keçirir, Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin Elmi Şurasının üzvləri adından hörmətlə,
İsmayılov Məhərrəm, dekan, Əməkdar müəllim.
Azərbaycan Respublikası, Gəncə şəhəri.